Hindistan 2030-cu ilə qədər orduda istifadə edilən qatırların 60%-ni robot qatırlarla əvəz etməyi planlaşdırır.
Modern.az xəbər veir ki, bu barədə Hindistanın Müdafiə Araşdırma Mərkəzi məlumat yayıb.
Nəşrin məlumatına görə, Hindistan ordusunda qatırlardan ağır iqlim şəraiti olan çətin bölgələrdə yüklərin daşınması üçün istifadə olunur. Hindistan ordusu özüyeriyən, müxtəlif ərazilərdə hərəkət edə bilən və maneələrdən qaça bilən dördayaqlı qatır robotları almağı planlaşdırır.
Bundan əlavə, Hindistan ordusu müxtəlif yükləri uzaq sərhəd bazalarına çatdıra bilən kiçik, orta və böyük yük daşıyan insansız sistemlər əldə etmək niyyətindədir.