Modern.az

ABŞ-dan İrana nüvə sazişi ilə bağlı şok TƏKLİF 

ABŞ-dan İrana nüvə sazişi ilə bağlı şok TƏKLİF 

Dünya

4 Aprel 2023, 00:37

ABŞ Prezidenti Co Bayden İrana müvəqqəti nüvə anlaşması təklif etməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə nüfuzlu "Axios" nəşri yazıb.

 

Bildirilir ki, yeni təklifə əsasən, İranın nüvə proqramının bəzi hissələri dayandırılmalı, əvəzində İrana qarşı sanksiyalar yumşaldılmalıdır. Bundan sonra uzunmüddətli nüvə sazişi barədə müzakirələr aparılacaq. 

 

İranın nüvə proqramını məhdudlaşdıran saziş 2015-ci ildə imzalanıb. ABŞ-ın sabiq prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra müqavilədən çıxdığını elan edib. Bayden prezident seçildikdən sonra nüvə sazişinin bərpa ediləcəyini bildirib. Vyanada bir sıra danışıqlar aparılsa da, müzakirələr dayandırılıb.

 

Qeyd edək ki, sazişin tərəfləri Almaniya, İngiltərə, Çin, Fransa və Rusiyadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI