Modern.az

Niderlandda qatar qəzası - Yaralılar var

Niderlandda qatar qəzası - Yaralılar var

Dünya

4 Aprel 2023, 08:26

Niderlandın Cənubi Hollandiya əyalətində sərnişin qatarı relsdən çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə Niderlandın teleradioyayım korporasiyası məlumat yayıb.

 

Bildirilib ki, hadisə yerinə xilasedicilər cəlb edilib. Məlumata əsasən, qatarın relsdən çıxması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

 

İnsidentə səbəb dəmiryol relslərində tikinti texnikası olub. Belə ki, sərnişin qatarı tikinti texnikasına çırpılıb.

 

Qatarda təxminən 50 nəfərin olduğunu deyilir. Qəza nəticəsində qatarın ön hissəsi relsdən çıxıb, orta hissəsi yan tərəfə aşıb, arxa hissəsində isə yanğın olub.

 

Hadisə ilə əlaqədar qatarların hərəkəti dayandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI