Modern.az

ABŞ əməliyyat keçirdi - İŞİD lideri MƏHV EDİLDİ

ABŞ əməliyyat keçirdi - İŞİD lideri MƏHV EDİLDİ

Dünya

4 Aprel 2023, 10:38

ABŞ ordusu Suriyada İŞİD terror təşkilatının liderlərindən birini məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

 

Rəsmi açıqlamada deyilir ki, əməliyyat zamanı öldürülən Xalid Aydd Əhməd əl-Cəburi Avropada İŞİD hücumlarının planlaşdırılmasına cavabdeh olub və təşkilat üçün rəhbərlik strukturunu hazırlayıb.

 

CENTCOM hücum zamanı mülki vətəndaşlar arasında itkilərin olmadığını açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI