Yaponiyanın baş naziri Fumio Kişida G7 sammiti öncəsi bir sıra görüşlər keçirəcək.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, mövzulardan biri də Rusiyanın Ukraynaya qarşı başlatdığı işğal müharibəsidir.
Qeyd olunub ki, G7 ölkələri Rusiya Federasiyasına qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər, o cümlədən ölkə prezidenti Vladimir Putinin aktivlərinin dondurulması və Rusiya banklarının SWIFT beynəlxalq ödəniş şəbəkəsindən çıxarılmasını tətbiq ediblər.
Həmçinin Moskvanın əsas gəlir mənbəyini məhdudlaşdırmaq üçün Rusiya neftinin qiymətlərinə tavan qiymət qoyulub.