Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Belarusa səfər edib.
Modern.az Belarusun rəsmi "BelTA" agentliyinə istinadən xəbər verir ki, o, Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşmək üçün artıq prezident iqamətgahına - paytaxt Minskdəki Müstəqillik Sarayına gəlib.
Onu belaruslu həmkarı müşayiət edir. Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran mövzular və təhlükəsizlik məsələləri müzakirə olunacaq.