"MiQ-lərin tədarükü aviasiyanın imkanlarını bir qədər artıracaq, lakin üstünlük əldə etmək üçün Ukraynaya müasir təyyarələr lazımdır".
Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib.
O, bəzi KİV-in Slovakiya və Polşa MİQ-lərinin Ukraynaya təhvil verilməsi barədə yazdıqlarını şərh edib. İqnat izah edib ki, Hərbi Hava Qüvvələrində 5 qırıcı briqada var, onlardan 3-ü MiQ-29-larla silahlanıb.
O, əlavə edib ki, təyyarələr aviasiyanın imkanlarını bir qədər artıracaq, lakin əks-hücum, qələbə və digər məsələləri həll etməyəcək, çünki üstünlük əldə etmək üçün geniş silah çeşidinə malik müasir təyyarələr lazımdır.