Modern.az

Kreml Finlandiyanı hədələdi - NATO-ya görə

Kreml Finlandiyanı hədələdi - NATO-ya görə

Dünya

4 Aprel 2023, 13:46

"Finlandiyanın NATO-ya daxil olması Rusiya Federasiyasını öz təhlükəsizliyini təmin etmək üçün əks tədbirlər görməyə məcbur edir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Rusiya Federasiyası Finlandiya ərazisində NATO infrastrukturunun və silahlarının yerləşdirilməsinə ciddi nəzarət edəcək. Finlandiyanın NATO-ya daxil olması vəziyyətin gərginləşməsidir, bu, Rusiyanın təhlükəsizliyinə qəsddir. Hərbçilərimiz NATO-nun Finlandiyadakı hərəkətlərinə reaksiya barədə dərhal məlumat verəcək", - deyə o bildirib.

 

Peskov Rusiya prezidentinin görüşü barədə də məlumat verib: "Putin ötən həftə Moskvada Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə müşavirini qəbul edib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI