Modern.az

Tokayevin komandası - Nazirlərin TAM SİYAHISI (FOTOLAR)

Tokayevin komandası - Nazirlərin TAM SİYAHISI (FOTOLAR)

Dünya

4 Aprel 2023, 14:04

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin yeni tərkibini təsdiq edib.

 

Modern.az "Zakon.kz"a istinadən xəbər verir ki, yeni kabinədə nazirlərin siyahısı aşağıdakı kimidir:

 

Alixan Smayılov - Baş nazir; Roman Sklyar - Baş nazirin birinci müavini; Serik Jumanqarin - Baş nazirin müavini, ticarət və inteqrasiya naziri; Murat Nurtleu - Baş nazirin müavini və xarici işlər naziri; Qalimjan Koyşibayev - Baş nazirin müavini və Hökumət Aparatının rəhbəri; Altay Kulginov - Baş nazirin müavini; Yerulan Jamaubaev - Baş nazirin müavini, maliyyə naziri; Ruslan Jaksilyikov - müdafiə naziri; Marat Axmetjanov - daxili işlər naziri; Alibek Kuantirov - milli iqtisadiyyat naziri; Asxat Oralov - mədəniyyət və idman naziri; Əzəmət Yeskarayev - ədliyyə naziri; Tamara Duysenova - əmək və əhalinin sosial müdafiəsi naziri; Marat Karabayev - sənaye və infrastrukturun inkişafı naziri; Azxar Giniyat - səhiyyə naziri; Bağdat Musin - rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri; Zülfiyyə Süleymanova - ekologiya və təbii sərvətlər naziri; Darxan Kıdırəli - informasiya və sosial inkişaf naziri; Almasadam Satkaliyev - energetika naziri; Yuri İlyin - fövqəladə hallar naziri; Sayasat Nurbek - elm və ali təhsil naziri; Qəni Beysembayev - maarif naziri.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI