Modern.az

Litva Rusiya və Belarus vətəndaşlarına məhdudiyyətlər qoydu

Litva Rusiya və Belarus vətəndaşlarına məhdudiyyətlər qoydu

4 Aprel 2023, 14:30

Litvada Rusiya və Belarus vətəndaşlarının imkanlarını məhdudlaşdıran qanun qəbul edilib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, onların bir çoxu sərhədi keçə, viza və yaşayış icazəsi ala bilməyəcək, həmçinin Litvada daşınmaz əmlak almaq və bu ölkənin vətəndaşı olmaq imkanlarını itirəcək.

 

Məhdudiyyətlərin siyahısı “Ukraynaya qarşı hərbi təcavüzlə bağlı məhdudlaşdırıcı tədbirlər haqqında” yeni qanunda təsbit edilib və konkret haldan asılı olaraq təxminən 1 il müddətinə qüvvədə olacaq. Yaşayış icazəsinin verilməsinə qadağa yalnız Rusiya vətəndaşlarına aiddir.

 

Yaşayış icazəsinin alınması prosesinin hökumət tərəfindən aparıldığı hallar, Rusiya vətəndaşının artıq Litvada və ya Aİ-nin hər hansı bir ölkəsində Şengen vizası ilə yaşamaq icazəsi olduğu hallar istisna təşkil edəcək.

 

Bir sıra istisnalarla sərhədi keçmək də qadağandır. Bu məsələdəki istisnalar yaşayış icazəsi və ya humanitar vizası olan qohumları ziyarət etmək, Kalininqrada səfər, diplomatik toxunulmazlıq və s. əhatə edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu