Ermənistanın keçmiş xarici işlər naziri Zohrab Mnatsakanyan parlamentə çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, o, 44 günlük müharibə ilə bağlı araşdırmalarla əlaqədar dindirilmədə iştirak etmək üçün Ermənistan parlamentinin müvafiq komissiyasının iclasına qatılıb.
Həmin iclasın detalları açıqlanmayıb.