Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Çavuşoğlu özünün "Twitter" hesabında məlumat yayıb.
Görüş Belçikanın paytaxtı Brüsseldə NATO-nun mənzil-qərargahında baş tutub. Diplomatlar Türkiyə-ABŞ münasibətlərini müzakirə edib.