Türkiyə ordusu İraqın şimalındakı Qara bölgəsində yerləşən PKK terrorçularına zərbə endirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə hərbçiləri ərazidə təsbit edilən 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Qeyd olunub ki, Türkiyə ordusu terrorla mübarizəni davam etdirir.