ABŞ Ukrayna üçün növbəti hərbi yardım paketini təqdim edib.
Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Yeni hərbi yardım paketinin həcmi 2.1 milyard dollardır.
Paketə "Patriot" zenit-raket sistemləri üçün əlavə sursat, HIMARS raket sistemləri üçün döyüş sursatları, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, 120 mm-lik minaatan mərmisi, 120 mm və 105 mm tank sursatları, TOW raketləri və digər silah və sursatlar daxildir.