ABŞ-ın keçmiş prezidenti Donald Tramp ittihamlar oxunduqdan sonra məhkəmə zalını tərk edib.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg” nəşri məlumat yayıb.
Qeyd olunub ki, Tramp məhkəmədən şəxsi təqdimat əsasında azad edilib. O, məhkəmə zalını tərk edərkən heç bir açıqlama verməyib və dərhal kortejinə doğru hərəkət edib.
***
21:33
ABŞ-ın keçmiş prezidenti Donald Tramp həbs olunub.
Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilib ki, həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək.
İttihama görə, Donald Tramp 2016-cı il prezident seçkiləri kampaniyası zamanı porno aktrisa Stormi Danielsə aralarındakı münasibətləri gizlətmək üçün ona seçki fondundan 130 min dollar ödəyib. ABŞ-ın keçmiş prezidenti qərarı “siyasi təqib” adlandırıb.
Bugünkü qərar Trampın hələ həbsxanaya salınması demək deyil. Təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən zaman həbsdə qalır.