Ukrayna Prezidenti Volodimir Zelenski sabah Polşaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə "Amerikanın səsi" məlumat yayıb.
O, aprelin 5-də Varşavanın mərkəzində çıxış edəcək.
"Bu, mühüm və çox zəngin səfərdir. Bu, çox mühüm jest, polyaklar və ukraynalılar arasında qardaşlığın simvolik təsdiqidir", - Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina bildirib.
Zelenskinin və həyat yoldaşının Polşa prezidenti Anjey Duda və baş nazir Mateuş Moravyeçki, habelə ukraynalı qaçqınlarla da görüşəcəyi gözlənilir.