Aprelin 2-də Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən kafedə partlayış törətməkdə şübhəli bilinən Darya Trepova həbs edilib.
Modern.az xəbər verir ki, onun haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Rusiya İstintaq Komitəsi Trepovaya qarşı terror aktı törədilməsi və qeyri-qanuni partlayıcı maddə daşınması ilə bağlı maddələr üzrə ittiham irəli sürüb.
Xatırladaq ki, "Street Food" adlı kafedə baş verən partlayış nəticəsində hərbi müxbir Vladlen Tatarski ölüb. Onun əsl adı Maksim Fomin olub. Müxbirin "Telegram" kanalının 560 000-dən çox izləyicisi var. Tatarski Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı tez-tez təxribatçı şərhlər yazan nüfuzlu hərbi blogerlərdən biri idi.