Modern.az

Zelenski NATO-nun liderlər sammitinə dəvət olundu 

Zelenski NATO-nun liderlər sammitinə dəvət olundu 

Dünya

4 Aprel 2023, 23:57

Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun iyulda keçiriləcək sammitinə dəvət olunub.

 

Modern.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib.

 

Stoltenberq Alyansın sabitliyi üçün güclü və müstəqil Ukraynanın zəruri olduğunu bildirib.

 

"Biz iyulda Vilnüsdə keçiriləcək sammitimizdə prezident Zelenski ilə görüşməyi səbirsizliklə gözləyirik", - Stoltenberq qeyd edib.

 

Baş katib vurğulayıb ki, Ukrayna Rusiyanın başladığı müharibədə qələbə qazandıqdan sonra Şimali Atlantika Alyansına qoşulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI