Özbəkistan rusiyalı müğənnilərin iştirakı ilə keçirilən “Jara” musiqi festivalını ləğv edib.
Modern.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun Özbəkistan bürosu məlumat yayıb.
Bildirilib ki, Özbəkistan tərəfi mayın 20-21-də keçirilməsi planlaşdırılan "Jara" festivalı üçün bilet satışının dayandırıldığını elan edib. “Təəssüf ki, dünyada mövcud vəziyyət musiqi tədbirlərinin keçirilməsi üçün əlverişli deyil”, - rəsmi açıqlamada deyilir.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstan da oxşar qərar qəbul edib.