ABŞ-ın sabiq prezidenti Donald Trampın işi üzrə növbəti məhkəmə prosesi dekabrın 4-də keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilib ki, məhkəmə yenidən Nyu-Yorkda keçiriləcək. Cinayət ittihamları Trampın biznes sənədləri ilə bağlıdır. Prokurorlar Trampı biznes sənədlərində dəfələrlə saxta qeydlər etməkdə ittiham edirlər.
Xatırladaq ki, martın 30-da Nyu-York məhkəməsi Trampı aktrisa Stormi Danielsə 130 min dollar ödəməkdə ittiham edib. Trampa qarşı biznes dələduzluğu ilə bağlı 30-dan çox ittiham irəli sürülüb.