Modern.az

800 min insan əməliyyat üçün növbə gözləyir

800 min insan əməliyyat üçün növbə gözləyir

Dünya

5 Aprel 2023, 00:55

İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə təxminən 800 min insan cərrahi əməliyyat üçün növbə gözləyir.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" yazıb.

 

Qeyd olunub ki, ölkədə əməliyyat üçün ortalama gözləmə müddəti 122 gündür. Bu rəqəm 2021-ci ilin dekabrında 121, 2022-ci ilin iyununda isə 113 gün olub.

 

Ən çox gözlənilən əməliyyatların plastik cərrahiyyə (242 gün) və neyrocərrahiyyə (203 gün) olduğu bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI