ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı ittihamlar maksimum 136 il həbs cəzasını nəzərdə tutur.
Modern.az xəbər verir ki, bu barədə "FoxNews" telekanalı məlumat yayıb.
"İttihamlar maksimum 136 il həbs cəzasını nəzərdə tutur, baxmayaraq ki, o ittihamların hər hansı və ya bütün maddələri üzrə təqsirli bilinərsə, faktiki cəza çox az olacaq", - deyə xəbərdə bildirilib.
Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti iş sənədlərini saxtalaşdırmaqda və cinayətkar sözləşmədə ittiham olunur.