Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili artıq yeriyə bilmir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin vəkili Şalva Xaçapuridze bildirib.
Onun sözlərinə görə, keçmiş dövlət başçısının saxlanıldığı “Vivamed” klinikasının açıqlamaları ilə Saakaşvilinin xəstəlik tarixçəsi üzrə qeydlər üst-üstə düşmür.
“Mixail Saakaşvili demək olar ki, artıq yeriyə bilmir. Onun çəkisi 60 kiloqramdan aşağı düşüb. Bu barədə mənə Qiuli Alasaniya (Saakaşvilinin anası – red.) məlumat verib”, - deyə vəkil bildirib.