Modern.az

Putin üçün gərgin gün - Vacib toplantı, Lukaşenko və səfirlərlə görüş...

Putin üçün gərgin gün - Vacib toplantı, Lukaşenko və səfirlərlə görüş...

Dünya

5 Aprel 2023, 10:12

Rusiya prezidenti Vladimir Putin ölkənin regionlarında təhlükəsizlik məsələsini müzakirə etmək üçün Kremldə Təhlükəsizlik Şurasını genişləndirilmiş tərkibdə toplayacaq.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, daha sonra xarici ölkələrin səfirləri Kremlə gələcək. 

 

ABŞ, Avropa İttifaqı, Danimarka, Norveç, Meksika və Suriyanın diplomatik nümayəndəliklərinin rəhbərləri ilə Putin ayrıca görüşəcək.

 

Rusiya lideri bu gün həm də Belarus prezidenti Aleksandr Lukaşenko ilə bir araya gələcək Onlar təhlükəsizlik məsələlərini və Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi məsələsini müzakirə edəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI