Modern.az

Müxalifətçilərin dilini kəsməklə hədələyən erməni deputatdan şikayət olundu

Müxalifətçilərin dilini kəsməklə hədələyən erməni deputatdan şikayət olundu

5 Aprel 2023, 14:22

"Ermənistanın hakim “Mülki müqavilə” Partiyasının fraksiya katibi Artur Ovanisyan cəzalandırılmalıdır".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu ölkə parlamentin insan hüquqları üzrə daimi komissiyasının sədri Taquhi Tovmasyan deyib.

 

O qeyd edib ki, müxalifət Ovanisyanın əməllərinə hüquqi qiymət verilməsi tələbi ilə baş prokurora müraciət edəcək.

 

Bildirilib ki, iqtidar partiyasının funksioneri müxalif deputatların bəyənmədiyi açıqlamalarına görə bir müddət əvvəl onları dilini kəsməklə hədələyib.

 

Tovmasyanın sözlərinə görə, ombudsman namizədlərinin müzakirəsi zamanı deputatlar bütün davranış normalarını pozub və söz azadlığını məhdudlaşdırıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI