ABŞ-ın mərhum prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi 2024-cü il prezident seçkilərində iştirak etmək üçün müraciət edib.
Modern.az CNN telekanalına istinadən xəbər verir ki, o, Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq istəyir və bu məqsədlə Federal Seçki Komissiyasına sənədlərini təqdim edib.
Məlumat üçün bildirək ki, Kennedi demokratların prezidentliyə qeydə alınmış ikinci namizədidir. Ağ Evin hazırkı rəhbəri Co Bayden hələlik prezident seçkilərində iştirakını rəsmən açıqlamayıb.