Modern.az

Rusiyada silahlı toqquşma - 3 polis öldü, yaralılar var

Rusiyada silahlı toqquşma - 3 polis öldü, yaralılar var

6 Aprel 2023, 08:55

Rusiyanın İnquşetiya bölgəsində təhlükəsizlik qüvvələri ilə silahlılar arasında toqquşma olub.

 

Modern.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

 

Toqquşma zamanı 3 polis əməkdaşı ölüb, 7 nəfər yaralanıb.

 

"Telegram 112" kanalının məlumatına görə, ölənlər arasında yüksək rütbəli rayon polis zabiti və Daxili İşlər Nazirliyinin ezam olunmuş əməkdaşları da var.

 

Bildirilib ki, toqquşma martın 27-də yol polisi postuna hücumda şübhəli bilinənlərin axtarışı zamanı yaşanıb. Atışma bütün gecə davam edib. Əməliyyatda Federal Təhlükəsizlik Cidmətinin xüsusi təyinatlıları, Daxili İşlər Nazirliyi və Rusiya Qvardiyası iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI