Modern.az

Vardanyandan XƏBƏR VAR

Vardanyandan XƏBƏR VAR

6 Aprel 2023, 10:52

Qarabağdakı qondarma rejimin sabiq "dövlət naziri", oliqarx Ruben Vardanyanın əməkdaşlıq etdiyi şəxsin “Balchug Capital” investisiya fondu Rusiyanın paytaxtı Moskvanın Leninqrad şossesində yerləşən “Metropolis” ticarət-əyləncə mərkəzini alıb. 

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Ermənistan mənşəli fondun press-relizində məlumatlar yer alıb.

 

2013-cü ildən ticarət mərkəzi ABŞ-ın "Morgan Stanley" şirkətinin idarə etdiyi fondun mülkiyyətindədir, daha sonra yarısı ABŞ-ın "Hines" fondu tərəfindən alınıb. “Balchug Capital”ın mətbuat xidməti əməliyyatın məbləğini açıqlamayıb.

 

Press-relizdə qeyd olunub ki, saziş Rusiya Federasiyasında xarici investisiyaların monitorinqi üzrə hökumət komissiyası tərəfindən təsdiqlənib.

 

"Balchug Capital" (keçmiş "Copperstone Capital") 2010-cu ildə əvvəllər Vardanyanın “Troyka Dialoq”unda çalışmış David Amaryan tərəfindən təsis edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI