Modern.az

ABŞ Ukraynaya dron əleyhinə silahlar verəcək

ABŞ Ukraynaya dron əleyhinə silahlar verəcək

6 Aprel 2023, 11:28

ABŞ Ukraynaya dron əleyhinə silahlar tədarük edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Defense One" nəşri yazıb.

 

Nəşrin məlumatına görə, silahlara mühüm texnologiyalar daxil olacaq. Belə ki, dronları zədələmək üçün lazer sistemləri, interferensiya yaradan və PUA-ların normal işləməsinin qarşısını alan radioelektron sistemlər, dronların fiziki tutulması üçün xüsusi cihazlar və qurğuları raket və ya atıcı silahlarla məhv etmək üçün kinetik sistemlər silahın təchiz olunduğu avadanlıqlardandır.

 

Konkret tarix və miqdar barədə detallar bəlli deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI