Modern.az

Marin hökumətin istefasını prezidentə təqdim etdi

Marin hökumətin istefasını prezidentə təqdim etdi

6 Aprel 2023, 11:32

Finlandiyanın baş naziri Sanna Marin hökumətin istefasını prezident Sauli Niinistöyə təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin "Yle" teleradio şirkəti məlumat yayıb.

 

Marin hökuməti parlament seçkilərində baş nazirin rəhbərlik etdiyi partiyanın məğlub olmasından sonra istefaya gedir. Yeni kabinet təyin olunana qədər müvəqqəti hökumətin texniki vəzifələri yerinə yetiriləcək.

 

Seçkilərdə qalib gələn mühafizəkar Milli Koalisiya Partiyasının rəhbərliyi ilə gələn həftə yeni hökumətin qurulmasına başlanacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI