CHP İstanbul vilayət təşkilatının binası yaxınlığında atəş açan şəxs yaxalanıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı avtomobildə olan və sosial media hesabından canlı yayıma başlayaraq maşının pəncərəsindən silahla atəş açan 23 yaşlı şübhəli Emre D. Sultanqazi ərazisində saxlanılıb.
Hazırda araşdırmalar aparılır.
***
06.04.2023 / 13:32
Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul vilayət təşkilatının binasına silahlı hücum edilib.
Modern.az xəbər verir ki, bu barədə tviter səhifəsində CHP İstanbul təşkilatının sədri Canan Kaftancıoğlu məlumat verib.
O bildirib ki, binaya doğru 6-7 dəfə atəş açılıb. Güllələr tapılmasa da, boş gilizlər aşkarlanıb.
"Prokurorluq hadisə ilə bağlı təhqiqatı davam etdirir. Yeni məlumatlar paylaşılacaq", - deyə CHP təmsilçisi qeyd edib.
Xatırladaq ki, bundan əvvəl İYİ Partiyanın İstanbul təşkilatının binasına silahlı hücum olmuşdu.
06.04.2023 (bugün) saat 05.00 sularında TEM Otoyolu Seyrantepe mevkiinde bulunan CHP İstanbul İl Başkanlığımıza yönelik düzenlendiği düşünülen bir silahlı saldırı gerçekleşmiştir.
— Canan Kaftancıoğlu (@Canan_Kaftanci) April 6, 2023