Modern.az

Ukraynalı pilotlar F-16 sınağından uğurla çıxdı

Ukraynalı pilotlar F-16 sınağından uğurla çıxdı

6 Aprel 2023, 14:42

ABŞ F-16 təyyarələrində təlim keçmək imkanı üçün sınaqdan keçirilmiş ukraynalı pilotların bacarıqlarını yüksək qiymətləndirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Aviasiya komandanı Sergey Qolubtsov telemarafonun efirində danışıb.

 

"Onlara kifayət qədər yüksək qiymət verilib. Biz pilotlarımızın öz səviyyələrini göstərəcəklərinə inanırdıq və bu, həqiqətən də baş verdi. İki pilot ABŞ-da sınaqdan uğurla keçdi”, - deyə o bildirib.

 

Qeyd edək ki, ABŞ tərəfindən Ukrayna hərbçiləri üçün mütəmadi olaraq təlimlər təşkil olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI