Modern.az

Livandan İsrailə 34 raket atılıb - YENİLƏNİB

Livandan İsrailə 34 raket atılıb - YENİLƏNİB

6 Aprel 2023, 21:32

Livandan İsrail ərazisinə 34 raket atılıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

Raketlərdən 25-nin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu, 5-nin İsrail ərazisinə düşdüyü bildirilib. İsrail hücumun HƏMAS qruplaşması tərəfindən həyata keçirildiyini açıqlayıb.

 

Qeyd olunub ki, bu, 2006-cı ildən bəri Livandan İsrailə edilən ən böyük hücumdur.

 

***

16:26

 

İsrail ərazisinin şimalı raket atəşinə tutulub.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, raketlər Livan ərazisindən atılıb.

 

Mətbuatda iki nəfərin yaralandığı barədə məlumat yayılıb.  

 

İsrailin baş naziri Benyamin Netanyahu hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə operativ iclas keçirib. İsrail mediasında ölkənin silahlı qüvvələrinin Livan ərazisinə cavab atəşi açması ilə bağlı xəbərlər dərc olunub.

 

Qeyd edək ki, Livanda fəaliyyət göstərən İran meyilli Hizbullah hərəkatı tez-tez İsrailin şimal ərazilərini raket atəşinə tutur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI