Modern.az

Ermənistan NATO təlimində iştirak edəcək 

Ermənistan NATO təlimində iştirak edəcək 

Dünya

6 Aprel 2023, 19:54

Ermənistan silahlı qüvvələri NATO ölkələrinin aprelin 22-də başlayacaq hərbi təlimlərində iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Sabrina Sinqh məlumat verib.

 

"Təlimdə 26 müttəfiq və tərəfdaş ölkədən təxminən 17 min hərbi qulluqçu iştirak edəcək", - o bildirib.

 

Pentaqon nümayəndəsinin sözlərinə görə, onların arasında NATO-ya daxil olmayan bir sıra ölkələr var, bunlar Ermənistan, Moldova, Bosniya, Herseqovina, həmçinin Kosovo qüvvələridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI