ABŞ, Almaniya və Macarıstan alyansın iyul sammitində Ukraynaya NATO-ya üzvlüklə bağlı yol xəritəsi təqdim edilməsi cəhdlərinə qarşı çıxıblar.
Modern.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) dörd mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, mart ayında NATO-nun baş katibi Yens Stoltenberq alyans üzvlərinə Ukrayna ilə bağlı “praktiki və siyasi” təkliflər olan sənəd təqdim edib.