Modern.az

Braziliya prezidentindən qalmaqallı fikirlər: Krımı Rusiyaya verək...

Braziliya prezidentindən qalmaqallı fikirlər: Krımı Rusiyaya verək...

7 Aprel 2023, 11:34

Braziliya prezidenti Luiz İnasio Silva müharibəni dayandırmaq üçün Krımı Rusiyaya verməyi təklif edib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu barədə danışıb.

 

"Rusiya prezidenti Ukrayna ərazilərini ələ keçirə bilməz. Ola bilsin ki, Krımı müzakirə edək və Rusiyada qalsın. Amma Putin özünün işğalçılığı barədə düşünməlidir. Zelenski də hər şeyi istəyə bilməz. Dünyanın sülhə ehtiyacı var. Biz bir həll tapmalıyıq", - prezident qalmaqallı açıqlamasında deyib.

 

Braziliya prezidentinin bu fikirləri Ukrayna tərəfinin narazılığı ilə müşayiət olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI