Modern.az

Baydenin səfəri ərəfəsində terror TƏHLÜKƏSİ

Baydenin səfəri ərəfəsində terror TƏHLÜKƏSİ

7 Aprel 2023, 11:40

Böyük Britaniyanın Şimali İrlandiya regionunda ABŞ prezidenti Co Bayden səfəri öncəsi terror hücumları ilə bağlı polis tərəfindən xəbərdarlıq edilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, polisin fikrincə, hüquq-mühafizə orqanlarının diqqətini ciddi iğtişaşlarla yayındırmaq, bundan terror aktları üçün istifadə etmək cəhdləri ola bilər.

 

Bayden aprelin 11-dən 14-dək Britaniya və Şimali İrlandiyaya səfər edəcək. ABŞ prezidenti burada Böyük Britaniyanın baş naziri Rişi Sunakla görüşəcək. 

 

Qeyd edək ki, aprelin 10-da Şimali İrlandiyanın statusu ilə bağlı münaqişəyə son qoyan Belfast sazişinin imzalanmasından 25 il keçir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI