Türkiyənin Bingöl vilayətində yenidən zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Merkez rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.