Modern.az

Ecevitin partiyası da Ərdoğanı DƏSTƏKLƏDİ

Ecevitin partiyası da Ərdoğanı DƏSTƏKLƏDİ

Dünya

7 Aprel 2023, 17:50

Türkiyədə 14 mayda keçiriləcək seçkilərdə daha bir partiya hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyini dəstəkləmək qərarı verib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Demokratik Sol Partiya (DSP) da Ərdoğanı dəstəkləyən siyasi partiyaların sırasına qoşulub.

 

Partiya sədri Önder Aksakal bu barədə açıqlama verib: "Qarşıdakı seçkilərdə Rəcəb Tayyib Ərdoğanı müdafiə edəcəyik".

 

Aksakal dünən CHP sədri Kemal Kılıçdaroğlu ilə görüşərək seçkilərlə bağlı müzakirələr aparmışdı. Daha sonra isə hakim partiyanın sədr müavini Binali Yıldırımla görüşmüş və Ərdoğanın namizədliyi ilə əlaqədar danışıqlarda iştirak etmişdi.

 

Qeyd edək ki, DSP ölkənin mərhum baş naziri Bülent Ecevit tərəfindən 1980-ci ildəki hərbi çevriliş zamanı sədri olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) fəaliyyətini dayandırmasından sonra qurulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI