Modern.az

ABŞ məşhur şirkəti \"qara siyahı\"ya salır 

ABŞ məşhur şirkəti \

7 Aprel 2023, 21:53

ABŞ Ticarət Departamenti Rusiyanın "Kaspersky Lab" şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək imkanını nəzərdən keçirir.

 

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri özəl mənbələrə istinadən yazıb.

 

Nəşrin məlumatına görə, Vaşinqton şirkətin Moskvaya kibercasusluqda kömək edə biləcəyindən narahatdır.

 

ABŞ-ın hakimiyyət orqanları "Kaspersky Lab" məhsullarının bəzi mühüm infrastruktur obyektlərinin (enerji, su təchizatı və s.) operatorlarının kompüterlərində işləməsindən xüsusilə narahatlıq keçirir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI