Modern.az

Blinken sülh danışıqlarına şübhə ilə yanaşır

Blinken sülh danışıqlarına şübhə ilə yanaşır

Dünya

8 Aprel 2023, 08:00

ABŞ dövlət katibi Antoni Blinken Rusiya ilə Ukrayna arasında atəşkəs danışıqlarının mümkünlüyünü istisna edir.

 

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, dövlət katibi bu barədə “Funke” media qrupuna müsahibəsində bildirib.

 

Blinken Moskva ilə Kiyev arasında sülh danışıqlarının mümkünlüyü barədə sualı cavablandırarkən deyib: “Rusiya konstruktiv danışıqlara getməyə hazır olduğu nöqtəyə çatmalıdır”.

 

Onun sözlərinə görə, Rusiya belə bir razılaşmanın bağlanmasından sonra qoşunlarını toplayıb yenidən hücuma keçə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI