"Belarusun müdafiəsi və təhlükəsizliyinin təmin edilməsində hava hücumundan müdafiə qüvvələrinin rolu və əhəmiyyəti daha da artacaq".
Modern.az Belarusun rəsmi "BelTA" agentliyinə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi qulluqçularını və veteranlarını peşə bayramları - Hava Hücumundan Müdafiə Qoşunları Günü münasibətilə təbrik edərkən deyib.
O, HHM-in ölkə üçün önəminin böyük olduğunu diqqətə çatdırıb və artırılacağını vurğulayıb.