Modern.az

Rusiya Zaporojyeni atəşə tutdu - Uşaq öldü, 2 nəfər yaralandı (FOTOLAR)

Rusiya Zaporojyeni atəşə tutdu - Uşaq öldü, 2 nəfər yaralandı (FOTOLAR)

Dünya

9 Aprel 2023, 09:49

Rusiya qüvvələri Ukraynanın Zaporojye vilayətini atəşə tutub.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, nəticədə 1 uşaq həyatını itirib.

 

Şəhər Şurasının katibi Anatoli Kurtevin sözlərinə görə, atışma nəticəsində 2012-ci il təvəllüdlü azyaşlı oğlan həlak olub. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, o, təcili yardım maşınında dünyasını dəyişib.

 

1 nəfərə yerindəcə tibbi yardım göstərilib, digər qadın isə xəstəxanaya yerləşdirilib.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI