Modern.az

Pekinlə Qərb arasında Ukrayna ilə bağlı konsensus var - Çin nəşri

Pekinlə Qərb arasında Ukrayna ilə bağlı konsensus var - Çin nəşri

Dünya

9 Aprel 2023, 13:17

Fransa prezidenti Emmanuel Makron və Avrokomissiyanın sədri Ursula fon der Leyenin Çinə səfərinin nəticələri çox müsbət qarşılanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin ingilisdilli rəsmi nəşri olan "China Global Times" yazıb.

 

Nəşrin yazdığına görə, Çin həm Fransa, həm də Aİ ilə əsas qlobal məsələlər, o cümlədən Ukrayna ilə bağlı müəyyən konsensusa gəlib. Çin sədri Si Tsinpin deyib ki, Çin Fransanın siyasi həll üçün təklif etdiyi yolları alqışlayır və onları konstruktiv ruhda dəstəkləməyə hazırdır. O, Ukrayna lideri ilə "vaxtı gələndə" danışmağa hazır olduğunu bildirib.

 

Nəşr xatırladıb ki, Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrell və Almaniyanın xarici işlər naziri Annalena Berbok yaxın həftələrdə Çinə səfər etməyi planlaşdırır. Avropalı siyasətçilərin bu səfərləri göstərir ki, bu il Çin-Avropa İttifaqı münasibətlərinin əsas tonu münasibətləri sabitləşdirmək, bütün səviyyələrdə mübadilələri bərpa etmək və bu konsensusu fəaliyyətə çevirməkdir.

 

Qeyd olunub ki, Çinin mövqeyi Ukraynadakı münaqişə fonunda nüvə müharibəsi risklərini azaldır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI