Modern.az

Gürcüstan prezidenti partiya yaradır? - "71 yaşım var..."

Gürcüstan prezidenti partiya yaradır? -

Dünya

9 Aprel 2023, 15:38

Gürcüstan prezidenti Salome Zurabişvili yeni partiya yaratması ilə bağlı şayiələrə münasibət bildirərkən 71 yaşı olduğunu xatırladıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, şayiələrdən təəssüfləndiyini bildirib.

 

“Çox təəssüf edirəm ki, bu gün bəzi insanlar mənim burada partiya və ya hərəkat qurduğum barədə şayiə yaydılar. Yəqin 71 yaşım olduğunu unudublar. Əgər hərəkat varsa, bu, sizin hərəkatınız olacaq, çünki gələcək sizin və uşaqlarınızındır. Mən həmişə olduğum mövqedə olacağam. Avropa yolunu və Gürcüstanın birliyini dəstəkləyəcəyəm”, - Zurabişvili Tbilisi Opera və Balet Teatrında qadınlar üçün keçirilən qəbulda deyib.

 

Prezident qəbula bəzi iştirakçıların görüşə gəlməməsindən narahat olduğunu açıqlayıb: "Çünki onlara deyilib ki, bu, arzuolunmazdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI