İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş və Rusiya prezidentinin xüsusi köməkçisi İqor Levitin arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Xəzər dənizi vasitəsilə yüklərin daşınması və dəniz tranziti məsələləri müzakirə olunub.
Bəzrpaş görüş zamanı deyib ki, Xəzər dənizi boyunca dəniz marşrutlarının imkanlarının genişləndirilməsi Qafqazda quru nəqliyyatının intensivliyinin azaldılmasında effektiv ola bilər.