Meksikada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, təyyarənin dənizə düşməsi nəticəsində 2 nəfər həlak olub.
Mazatlan şəhərində baş verən qəza zamanı 4 nəfərin yaralandığı bildirilir. Əraziyə axtarış-xilasetmə qrupları göndərilib.
Təyyarənin mühərrikində yaranan nasazlıq səbəbindən qəzaya uğradığı qeyd olunur.