Modern.az

Yoluxma artdı - Bu ölkədə maska tələbi geri qayıtdı

Yoluxma artdı - Bu ölkədə maska tələbi geri qayıtdı

Dünya

9 Aprel 2023, 21:49

COVID-19 virusuna yoluxma hallarının artması ilə əlaqədar Hindistanın bəzi ştatlarında ictimai yerlərdə maska ​​tələbi tətbiq olunur.

 

Modern.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, tibbi maska tələbi 8 ştatda tətbiq edilir. Ölkədə yoluxma hallarının artması yeni ortaya çıxan XBB.1.16 ştamı ilə əlaqədardır.

 

Sözügedən varianta yoluxma fevralda 21,6 faizdən martda 35,8 faizə yüksəlib, lakin xəstəxanaya yerləşdirmə və ya ölüm hallarında artım olmayıb.

 

Hindistan Səhiyyə Nazirliyi son 24 saatda 5357 yeni yoluxma faktının aşkar edildiyini, aktiv yoluxma sayının isə 32 min 814 olduğunu açıqlayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI