NASAMS, İris-T, Patriot və SAMP/T zenit-raket kompleksləri tezliklə Ukraynaya təhvil veriləcək.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat bildirib.
Sistemlər Ukraynaya ABŞ, İtaliya və Fransa tərəfindən tədarük ediləcək. O, sistemlərin dəqiq çatdırılma tarixlərini açıqlamayıb.
Yuri İqnatın sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin funksiyası Ukrayna səmasında Rusiya təyyarələrinin və helikopterlərinin görünməsinin qarşısını almaqdır.