Modern.az

İran nümayəndə heyəti Səudiyyəyə gedir

İran nümayəndə heyəti Səudiyyəyə gedir

9 Aprel 2023, 23:54

İran hökumətinin texniki heyəti yaxın günlərdə Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

 

Bildirilir ki, İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpasından və səfirliklərin açılmasından sonra Səudiyyə Ərəbistanının texniki heyəti dünən Məşhədə gəlib. Nümayəndə heyəti burada konsulluğu ziyarət edib, daha sonra Tehrandakı səfirliyə baş çəkib.

 

İranın texniki heyəti Tehranın Ər-Riyaddakı səfirliyini ziyarət etmək üçün Səudiyyə Ərəbistanına gedəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI